Reklam

Günel Mövlud: “Messinin adını eşitmişəm, heç üzdən tanımıram”

“Mən heç vaxt 90 dəqiqə oturub 22 kişinin top oynamasına baxacaq qədər bikar və ya vaxtıma qarşı məsuliyyətsiz olmamışam. Modellərlə evlənən, pornoulduzlarla sevişən, üzqırxan reklamına çəkilməkdən başqa bəşəriyyətə faydası olmayan milyonçu oğlanlara mən niyə azarkeşlik etməliyəm ki... Messinin də ancaq adını eşitmişəm, heç üzdən tanımıram. Şahruddin srağagün alman yığmasına iyrənc xoruz zarafatı edib. Bu hoqqanı çıxarmasaydı, onu da üzdən tanımırdım. Qeyri-ciddi adamdı da”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Kulis-ə açıqlamasında yazıçı Günel Mövlud bildirib.

 

“Oğlumun məktəbində futbol komandası var, şagirdlərdən ibarət. Deyirəm, niyə qoşulmursan komandaya? Deyir, məni intellektual oyunlar daha çox maraqlandırır. Səkkiz yaşında uşağın anladığı gerçəyi yekə-yekə adamlar anlamır. Maykasını cıran, evini oyuna qoyan, ağlayan adamları görəndə ancaq və ancaq təəssüflə başımı bulayıram. Onların yerinə ispan utancı keçirirəm. İki əlimlə üzümü qapamaq istəyirəm utandığımdan. Tanıdığım heç bir ciddi kişi də futbolla maraqlanmır. Meyxana dinləmək futbola baxmaqdan min dəfə şükürlüdür” – G.Mövlud qeyd edib.

Tarix: 25 Noyabr 2022, 21:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin