BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xorvatiya ilk qələbəsini qazanıb, Kanada mərhələ şansını itirdi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

 

Günün üçüncü matçında F qrupunda Xorvatiya və Kanada milliləri üz-üzə gəliblər.

 

Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb.

 

Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.

 

Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.

Tarix: 27 Noyabr 2022, 22:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin