“Çində koronavirusla iki ildən çox müddətdə aparılan mübarizə nəticə verməyib. Virus bu ölkədə yenə tüğyan edir, yoluxanların sayı sürətlə 50 minə yaxınlaşır. Gündəlik yoluxma sayı on minlərlədir. Baxmayaraq ki, ölənlərin sayı çox deyil, yoluxma sayının artması narahatedicidir. Ümumiyyətlə, Çində virus qeydiyyata alındığı gündən bu yana bu xəstəlikdən 5 mindən çox çinli vəfat edib. Pekin virusun yayıldığı şəhər və qəsəbələri yenidən qapatmağa başlayıb. Çində testlər yenidən mütləq olub, testdən keçməyənlər küçəyə və işə buraxılmırlar. Bu insanların etirazına səbəb olub, bəzi yerlərdə polislə kütləvi toqquşmalar qeydə alınıb. Paytaxt Pekində də vəziyyət mürəkkəbdir, məktəblər, idman zalları, restoran və dəlləkxanalar kütləvi şəkildə qapadılır. Sanitar xidmətlər şəhər küçələrini nəzarətə götürürlər. Çinin böyük şəhərlərində “kovid polisi” fəaliyyətə başlayıb. “Kovid polisi” əllərindəki xüsusi kameralarla testdən keçməyənləri küçəyə buraxmır, etiraz edənləri zorla polis məntəqəsinə aparırlar. Pekinlə yanaşı əhalisi 25 milyon nəfəri ötən Şanxayda da vəziyyət mürəkkəbdir, şəhər qapanmağa hazırlaşır. Şanxay Çinin və dünyanın əsas ticarət şəhərlərindən sayılır. Bu şəhərin qapadılması müxtəlif növ məhsulların dünya ölkələrinə daşınmasına əngəl yaradır, konteynerlər gəmilərə yüklənmir. Bu, dünyada logistik problemləri dərinləşdirəcək”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yeni ildə hədiyyələri gözləyənlərin məyus olma ehtimalı yüksəkdir: “Digər tərəfdən Çindəki böyük müəssisələrin qapanması da dünya ticarətinə mənfi təsir edəcək. Bunun dünya ticarətində domino effekti olacaq. Misal üçün “iPhone” istehsal edən dünyanın ən böyük fabriki Çindədir və həmin müəssisədə etirazlar başlayıb. Çünki zavodun əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulub. Müəssisələrdə çalışanlar keyfiyyətsiz qidalanmadan da narazıdırlar. İşçilər maaşlarını da vaxtına ala bilmirlər. Müəssisə rəhbərləri narazı işçiləri azad edir, onların yerinə başqalarını cəlb edir. Beləliklə, Çində iki il bundan əvvəl koronavirusla mübarizədə tətbiq edilən “sıfır dözümlülük” konsepsiyası müsbət nəticə vermədi. Koronavirusu tam yox etmək mümkün deyil. Çində virus tam yox olmadı, azaldı və yenidən çoxaldı. Dünyanın heç bir ölkəsi virusla mübarizədə Çindəki kimi sərt üsullardan istifadə etmədi. Urumçi şəhərində noyabrın 24-də evin yanması nəticəsində onlarla uyğur həlak olub. Hakimiyyət koronavirusun yayılması bəhanəsiylə uyğurları evlərində həbsə məhkum edib. Onlar da yanğın zamanı evlərini tərk edə bilmədiklərinə görə yanaraq külə dönüblər. Bu hadisə Çinin digər şəhərlərində insanların küçələrə axışmasına səbəb olub. Sərt karantin qaydalarına etiraz edən çinlilər artıq “Si Sinpin rədd ol!”, “Kommunist Partiyası rədd ol!” kimi siyasi şüarlar səsləndirirlər. Çin üçün insanların kütləvi şəkildə etirazı görünməmiş hadisədir. Sonuncu dəfə oxşar etirazlar 1989-cu ildə Pekinin mərkəzi meydanı olan Tyananmendə qeydə alınmışdı. O zaman Çin rejimi dəyişiklik tələb edən gənclərə qarşı ordu və tanklardan istifadə etdi, minlərlə insan həlak olmuşdu”.
Kənan
1 Fevral 19:20
1 Fevral 19:18
1 Fevral 19:12
1 Fevral 19:08
1 Fevral 18:38
1 Fevral 18:20
1 Fevral 18:18
1 Fevral 18:04
1 Fevral 18:01
1 Fevral 17:56
1 Fevral 17:47
1 Fevral 17:45
1 Fevral 17:44
1 Fevral 17:39
1 Fevral 17:32
1 Fevral 17:15
1 Fevral 17:13
1 Fevral 17:11
1 Fevral 16:46
1 Fevral 16:42
1 Fevral 16:37
1 Fevral 16:36
1 Fevral 16:35
1 Fevral 16:24
1 Fevral 16:22
1 Fevral 16:12
1 Fevral 16:10
1 Fevral 16:05
1 Fevral 15:48
1 Fevral 15:38
1 Fevral 15:27
1 Fevral 15:26
1 Fevral 15:23
1 Fevral 15:22
1 Fevral 15:20
1 Fevral 15:17
1 Fevral 15:06
1 Fevral 15:04
1 Fevral 14:47
1 Fevral 14:41
1 Fevral 14:35
1 Fevral 14:23
1 Fevral 14:14
1 Fevral 14:12
1 Fevral 13:40
1 Fevral 13:32
1 Fevral 13:20
1 Fevral 13:13
1 Fevral 13:08
1 Fevral 13:07
1 Fevral 12:54
1 Fevral 12:36
1 Fevral 12:35
1 Fevral 12:29
1 Fevral 12:28
1 Fevral 12:15
1 Fevral 12:15
1 Fevral 12:09
1 Fevral 12:07
1 Fevral 11:56
1 Fevral 11:50
1 Fevral 11:43
1 Fevral 11:37
1 Fevral 11:34
1 Fevral 11:32
1 Fevral 11:31
1 Fevral 11:29
1 Fevral 11:25
1 Fevral 11:23
1 Fevral 11:19
1 Fevral 11:10
1 Fevral 10:59
1 Fevral 10:45
1 Fevral 10:31
1 Fevral 10:11
1 Fevral 09:41
1 Fevral 09:40
1 Fevral 09:34
1 Fevral 09:20
1 Fevral 09:07
1 Fevral 09:01
1 Fevral 08:59
1 Fevral 08:44
1 Fevral 08:44
1 Fevral 08:40
1 Fevral 08:39
1 Fevral 08:30
1 Fevral 08:25
1 Fevral 08:11
1 Fevral 08:05
1 Fevral 01:06
1 Fevral 01:05
1 Fevral 00:40
1 Fevral 00:19
1 Fevral 00:18
1 Fevral 00:13
31 Yanvar 23:19
31 Yanvar 23:16
31 Yanvar 23:13
31 Yanvar 23:11
31 Yanvar 23:08
31 Yanvar 22:54
31 Yanvar 21:14
31 Yanvar 21:09
31 Yanvar 20:40
31 Yanvar 20:22
31 Yanvar 19:32
31 Yanvar 18:57
31 Yanvar 18:50
31 Yanvar 18:22
31 Yanvar 18:20
31 Yanvar 18:19
31 Yanvar 17:56
31 Yanvar 17:52
31 Yanvar 17:49
31 Yanvar 17:46
31 Yanvar 17:39
31 Yanvar 17:16
31 Yanvar 16:50
31 Yanvar 16:27
31 Yanvar 16:25
31 Yanvar 16:04
31 Yanvar 16:04
31 Yanvar 15:43
31 Yanvar 15:34
31 Yanvar 15:33
31 Yanvar 15:24
31 Yanvar 15:16
31 Yanvar 14:59
31 Yanvar 14:55
31 Yanvar 14:53
31 Yanvar 14:49
31 Yanvar 14:47
31 Yanvar 14:46
31 Yanvar 14:44
31 Yanvar 14:33
31 Yanvar 14:15
31 Yanvar 14:11
31 Yanvar 14:09
31 Yanvar 13:48
31 Yanvar 13:46
31 Yanvar 13:32
31 Yanvar 13:28
31 Yanvar 12:55
31 Yanvar 12:50
31 Yanvar 12:46
31 Yanvar 12:30
31 Yanvar 12:21
31 Yanvar 12:04
31 Yanvar 11:48
Ən son xəbərləri səhifəmizdən də izləyin