BURADA REKLAMINIZ OLA
BİLƏR

Yığmanın keçmiş qapıçısı koronavirusa yoluxdu

Türkiyənin futbol üzrə yığmasının və “Fənərbağça” klubunun keçmiş qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.

Pravda.az-ın xəbərinə görə, bu barədə sabiq futbolçunun xanımı Işıl Rəcbər özünün “İnstagram”dakı səhifəsində bildirib.

O, 46 yaşlı keçmiş futbolçunun koronavirus testinin nəticələrinin müsbət olduğunu deyib.

“Sizlərə həqiqəti ən şəffaf şəkildə paylaşmaq istəyərkən daha gözəl xəbərlər vermək istərdim, fəqət üzülərək həyat yoldaşım Rüştünü COVID-19 diaqnozu ilə xəstəxanaya yatırırıq”, - deyə Işıl Rəcbər sosial şəbəkədə yazıb. 

O, bildirib ki, daha əvvəl hər şey qaydasında olub, lakin ailə virusun gizli əlamətləri ilə şoka düşüb. Qadının sözlərinə görə özünün, oğlunun və qızının koronavirus testləri mənfi, ərinin analizləri isə müsbət çıxıb.Report

Tarix: 29 Mart 2020, 07:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin