BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qarabağın inkişafı ilə bağlı kazinoların açılması məsələsi prioritet deyil”

“Qarabağın inkişafı ilə bağlı kazinoların açılması məsələsi prioritet deyil. Hazırda Qarabağın dirçəlişi ilə bağlı görülməsi bu qədər aktual, önəmli, təcili işlərin olduğu halda, gündəmə kazino məsələsini gətirmək, hesab edirəm, düzgün deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, möhtərəm Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb: “Əslində, bu proqramdan öncə artıq Qarabağın işğaldan azad olunmasının ikinci ildönümünü qeyd etmişik. İki il ərzində  böyük işlər görülüb. Demək olar, bunun özü də Dövlət Proqramı idi. Cənab Prezident Qarabağda hansı işlərin görülməsi lazım olduğunu özü ən yüksək səviyyədə bilir. Hazırda dövlətimizin siyasətində, prioritet məsələlərində bu işlərin görülməsi aktualdır. Bu proqramdan kənar səsləndirilən fikirlər, deməli, dövlətimiz tərəfindən prioritet qəbul olunmur. Möhtərəm Prezidentimiz rəsmi, institutlaşmış olaraq Dövlət Proqramını təsdiq etdi.Bu, Qarabağın sosial-iqtisadi inkişafı, infratrukturun qurulması ilə bağlı çox mükəmməl sənəddir və bu sənəddə çox sistemli, ardıcıl, kompleks, bir-biri ilə əlaqəli hər bir şey, kiçikdən tutmuş böyük işlərə qədər öz əksini tapıb. Nəzərdə tutulan işlərin görülməsi mərhələli şəkildə 2026-cı ilə qədər olan dövrü əhatə edir”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Noyabr 2022, 12:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin