BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur şirkət yenə məhkəməyə verildi

"GST Company" MMC tikinti şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə daxil olan “Abşeron Kərpic” MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "GST Company" alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.

 

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 6 milyona yaxın vergi borcu var.

 

Kamal Məmmədov

Tarix: 28 Noyabr 2022, 13:13   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin