BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfirlik ABŞ-ın Qafqaz üzrə baş müşavirinin Azərbaycana səfərinin məqsədini açıqladı

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq.

 

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Pravda.az-a verilən xəbərə görə, Bakıya səfəri zamanı səfir Filip Riker Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla hökumət rəsmiləri ilə görüşəcək.

 

“Hər iki tərəf davamlı sülh razılaşmasına nail olmağa çalışdığı bir zaman səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlara davamlı dəstəyini vurğulayacaq”, - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.

Tarix: 28 Noyabr 2022, 13:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin