BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

10 manatı gözünüzün qabağına gətirəndə dönər gedib ilişir boğazda...

Xaricə gedəndə heç vaxt qiymətləri manata çevirməyin, qanınızı nəyə görə qaraldırsınız ki?

 

Rahat olun. Onsuzda səfərə nə qədər ayırmısınızsa, onu xərcləyəcəksiniz, nə az, nə çox.

 

Məsələn, sizin səfər büdcəniz 100 avrodur, yəni bu qədər yığıb səfər üçün qoymusunuz balışın altına.

 

Daha doğrusu karta yükləmisiniz ki, millər yığılsın, gələcək uçuşlarınız havayı başa gəlsin.

 

Nəhayət xaricdə başlayırsınız xərcləməyə, kafeyə gedirsiniz, dükana girirsiniz və unudun ki, bu avrolara nə qədər manat vermisiniz.

 

Yəni xərclərinizi sırf avro ilə sayın, manata çevirmədən. Hesab edin ki, 100 manatdır və onu xərcləyirsiniz, əsəbləri qorumaq üçün ən asan yoldur bu.

 

Onda dönərə 6 avro verəndə iştahla yeyirsiniz, amma çevirib 10 manatı gözünüzün qabağına gətirəndə həmin dönər gedib ilişir boğazda, sizə bu lazımdır?

 

Azər Qərib

Tarix: 28 Noyabr 2022, 15:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin