BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvətə görə təqsirləndirilən politoloqdan xəbər var

Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sabiq sədr müavini Orxan Daşdəmirli, onun tanışı İlkin Babayevin barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə araşdırılacaq şikayət dekabrın 1-nə təyin edilib.

 

Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib.

 

İttiham aktına əsasən, O.Daşdəmirli ilə İ.Babayev bir nəfərdən Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən torpaq sahəsinə rəsmi çıxarış almaq vədi veriblər. Bu məqsədlə onlar vətəndaşdan 28 min manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

 

Cinayət materialında qeyd edilib ki, hər iki şəxs həmçinin vətəndaşı rüşvət verməyə təhrik edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 min manat cərimə olunub. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib. Onlar bu hökmdən narazı qalıb və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

 

Xatırlatma: O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edib.

 

 Kamal Məmmədov

Tarix: 28 Noyabr 2022, 16:18   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin