BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ələsgər Məmmədli: “Korrupsiyanın birbaşa Ali Məclislə əlaqələndirilərək Məclisin fəaliyyətinə xitam verilməsi legitim yanaşma deyil”

“Hansısa qurumda korrupsiya ehtimalının olması, bu istiqamətdə aparılan araşdırmalar Naxçıvan Ali Məclisinin buraxılmasına əsas deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.

 

O bildirib ki, korrupsuya halları ilə Naxçıvan Ali Məclisini əlaqələndirmək doğru deyil: “Naxçıvandakı struktur konstitusional bir strukturdur. Konstitusiyada bunların məqsədləri konkret göstərilib. Ali Məclisin buraxılması yalnız bu çərçivədə mümkündür. Söyləntilər o qədər də real faktı əhatə etmir. Korrupsiya halları istənilən yerdə ola bilir. Hüquq-mühafizə orqanlarının bununla bağlı yekun qərarına qədər hələ ki iddialar iddia kimi qalır. Təqsirsizlik prezumpsiyası hüququ var, yəni məhkəmə qərarı olmadan yekun qənaətə gələ bilmərik. Təbii, ehtimal olunur ki, korrupsiya halları baş verib. Bütün hallarda, korrupsiyanın birbaşa Ali Məclislə əlaqələndirilərək Məclisin fəaliyyətinə xitam verilməsi legitim yanaşma deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Noyabr 2022, 16:59   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin