BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX-nin həbs etdiyi mədəniyyət nazirinin sabiq müavini məhkəmə qarşında

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun barəsində olan hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 29-na təyin edilib.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Mədəniyyət nazirinin müavini Rafiq Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

 

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

 

Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.

 

Kamal Məmmədov

Tarix: 28 Noyabr 2022, 17:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin