BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Melissa"da "tikinti terroru" davam edir, Nərimanov İcra Hakimiyyəti susur -

25-26 noyabr tarixlərində "Melissa Group"un Nərimanovda icra etdiyi layihəsində bədbəxt hadisə baş verib. Belə ki, şirkət heç bir texniki təhlükəsizlik qaydalarına riayət etmədən tikinti işləri aparır. "Melissa Group"un reallaşdırmış olduğu "tikinti terroru"ilk olaraq Nərimanov rayonu, Möhsün Sənani küçəsi 126 (red.köhnə nömrə 44) ünvanında aparılan tikinti işləri zamanı "icra edilib". Şikayət ərizəsində deyilir ki, ağır tonnajlı dağıdıcı alətlərin heç bir texniki hesablama olmadan işə salınması yaxınlıqdakı evlərin tamamilə dağılması ilə nəticələnib. Hal-hazırda ərazidə səkkiz yaşayış evi var, faktiki dağılaraq yarasız hala düşən isə iki evdir. Digər evlərdə isə nisbətən kiçik dağıntılar müşahidə edilir.

 

Məlumat üçün qeyd edək ki, bu il ərzində "Melissa Group"un tikinti apardığı ərazidə bir neçə belə hadisə baş verib. Məlumatda deyilir: "30 may 2022-ci il tarixdə "Melissa Group"un Nəsib Bəy Yusifbəyli 87 ünvanında inşaa etdiyi “Azadlıq” layihəsində bədbəxt hadisə baş verib. Məlumata görə fəhlə hündür mərtəbədən yıxılaraq aldığı zərbədən dünyasını dəyişib. Hadisə ilə bağlı rəsmj məlumat yoxdur. Videoda maraqlı məqam da qeyd olunub. Dünyasını dəyişən fəhlənin corabları, 1 ayaqqabısı ayağından çıxarılır, əli, ayağı, başı fərqli istiqamətə qoyulur. Çox güman bu hadisənin tikinti şirkətinin məsuliyyətsizliyindən baş versiyini ört-basdır eləmək üçündür. Qeyd edək ki, bu kimi hadisələr "Melissa Group"da tez-tez baş verir."

 

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə, Fövqaladə Hallar Nazirliyinı, Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi sorğu göndərəcəyik.

 

7news.az

 

 

Tarix: 28 Noyabr 2022, 18:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin