BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdən buraxılan sabiq nazirdən xəbər var

Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov xəstəxanaya yerləşdirilib.

 

Sabiq nazirin saxlandığı cəzaçəkmə müəssisəsində səhhəti ağırlaşıb.

 

Bu səbəbdən o, cəzaçəkmə müəssisəsindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə köçürülüb.

 

Qeyd edək ki, Əhməd Əhmədovun barəsində hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

 

Xatırladaq ki, Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib və həmin il Bakıda saxlanılıraq həbs edilib.

 

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

APA

Tarix: 28 Noyabr 2022, 23:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin