Karantinə yerləşdirilən icra başçısının müavinindən xəbər var, nəticə pozitiv çıxıb - AÇIQLAMA

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçib, nəticə pozitiv çıxıb.

 

Bu barədə Pravda.az-a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

 

E.Nəsirov bildirib ki, A.Dilavərov rayonda karantinə yerləşdirilib: “Müalicə davam etdirilir. Özünü yaxşı hiss edir, immuniteti güclüdür. Ümid edirik ki, tez bir zamanda sağalacaq, fəaliyyətini davam etdirəcək”.

 

Kənan

Tarix: 29 Mart 2020, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin