BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: “Ölkənin adı dəyişdirilərsə, Azərbaycan kifayət qədər yeni problemlər yaşayacaq”

“Azərbaycanın Şimali Azərbaycan adlandırılması ilə bağlı təklif, əslində, yeni deyil. Deputat Qüdrət Həsənquliyev uzun müddətdir, bu təkliflə çıxış edir. Hətta səhv etmirəmsə, iştirak etdiyi sonuncu prezident seçkilərində də bu təklifi eyni əsaslandırma ilə irəli sürmüşdü. Yəni Azərbaycanı Şimali Azərbaycan adlandırsaq, bu, bir mesaj olar ki, Cənubi Azərbaycan da var. Qüdrət bəyin niyyətinin yaxşı niyyət olduğunu qəbul edirəm, əleyhinə deyiləm. Amma ümumən, buna ehtiyac olduğunu düşünmürəm”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

“İnanmıram ki, Cənubi Azərbaycanın azad olunmasında, yaxud müstəqillik qazanmasında ad dəyişikliyi xüsusi rol oynasın. Əksinə, Azərbaycan kifayət qədər yeni problemlər yaşayacaq. Bu baxımdan, təklifin indiki məqamda real, məqbul olduğunu hesab etmirəm, amma hörmətlə yanaşırıq...”, - partiya sədri bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 29 Noyabr 2022, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin