BURADA REKLAMINIZ OLA
BİLƏR

Misir Mərdanov Emin Əmrullayevlə fotosundan danışdı: “Təcrübə bölüşməmişəm”

Sabiq təhsil naziri Misir Mərdanov elm və təhsil naziri Emin Əmrullayevlə söhbətləşərkən çəkilən fotosunun sosial şəbəkələrdə müzakirə yaratmasına aydınlıq gətirib.

 

M.Mərdanov Pravda.az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdə hər kəs öz bildiyi kimi fikir yazır. “Cənab Prezidentin Fərmanı ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Cənab nazir Akademiyanın Elm və Təhsil Nazirliyinə verilən institutları ilə tanışlıq məqsədilə gəlmişdi. İnstitutmuzla, orada aparılan işlərlə də tanış oldu. Söhbət aprıldı, çıxıb getdi, bu qədər. Mən bilmirəm, sosial şəbəkələr bunu necə hallandırırlar. Əslində, söhbətimizin məğzi yalnız institutla tanışlıq idi. Əlavə heç nə olmadı. Tövsiyə, təcrübə bölüşməmişəm”, - M.Mədanov deyib.

 

Aytəkin Qardaşova

Tarix: 29 Noyabr 2022, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin