BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Azərbaycanın adı olduğu kimi qalmalıdır, dəyişməməlidir”

“Azərbaycanın adının Şimali Azərbaycanla əvəz edilməsi deputat Qüdrət Həsənquliyevin təklifidir. Əlbəttə, hər bir təşkilat rəhbərinin, parlamentarinin təklif vermək hüququ var. Lakin düşünürəm, Azərbaycanın adı olduğu kimi qalmalıdır, dəyişməməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

 

Partiya sədri bildirib ki, Cənubi Azərbaycanda proseslər gedir, orada hazırda çox problemlər var: “Allahın köməyi ilə bütün bunlar da həll olunacaq. Yekunda biz bütöv, böyük Azərbaycan quracağıq. Dünyada, BMT-də Azərbaycan adlı dövlət tanınıb. Dünyanın harasında olmasından asılı olmayaraq, azərbaycanlılar da özlərinin dövləti olduğu qənaətindədirlər. Ölkə Prezidenti də elan etdi ki, o, 50 milyon dünya azərbaycanlılarının Prezidentidir. Bu baxımdan, dövlətimizin adı Azərbaycan qalmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Noyabr 2022, 17:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin