BURADA REKLAMINIZ OLA
BİLƏR

Niderland 1/8 final mərhələsinə vəsiqə qazandı

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

 

Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib.

 

Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.

 

"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək.

 

Report

Tarix: 29 Noyabr 2022, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin