BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - YENİLƏNDİ

Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxs dünyasını dəyişib.

 

1971-ci il təvəllüdlü Rahil Muradov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

 

***

21:48

 

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Tarix: 29 Noyabr 2022, 22:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin