BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Hindistan vətəndaşlarının ölümünə səbəb olan sürücüdən xəbər var

Bakıda sərnişinlərin ölümündə təqsirləndirilən sürücü Həsənağa Həsənovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu il iyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları - Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

 

Daha sonra H.Həsənov Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 30 Noyabr 2022, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin