BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın ilk Quran tərcüməsindəki biabırçılıq – Savaşda qadın əsir düşübsə, əri olsa da, halaldır

““Azərbaycanda dilində ilk “Qurani-Kərim” “Kəşfül Həqayiq” adlanır, kitabı Bakı şəhərinin qazisi, Quberniya məclisinin sədri Hacı Mirməhəmməd Kərim Mircəfər Əl-Ələvi Əl-Hüseyni Əl-Bakuvi yazıb. Üç cilddən ibarət nəşr Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yenidən çap olunub, baş məsləhətçi professor, Şeyxülislam Allahşükür Paşazadədir. Kitabın 244-cü səhifəsində “Nisa” surəsinin 24-cü ayəsinin tərcüməsi və təfsiri verilir - ərdə olan qadınlar sizə haramdır. Qeyd olunur ki, müşriklərlə cihad edən vaxt əsir edib, sahib olduğunuz ərli qadınlar istisnadır. Yəni deyir ki, kafirlərlə savaşmısan, qadın əsir düşüb, həmin qadının əri olsa da, sizə halaldır. Belə din anlayışı ola bilərmi? Allah belə buyurarmı?”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ilahiyyatçı Elşad Miri bildirib.

E.Miri qeyd edib ki, bu, İslam deyil: “Bunu İslam kimi kiməsə təqdim edə bilərsinizmi? O dövrdə kitabın çap xərcini Hacı Zeynalabidin Tağıyev üzərinə götürüb, kitabı ərsəyə gətirən insana özü ağırlığında qızıl verdiyi deyilir. Bu, din deyil. Allaha atılan böhtan deyilmi?”

 

Kənan

 

Tarix: 30 Noyabr 2022, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin