Cari ildən maliyyələşdirilməsi nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə xərclər növbəti ildən təqribən 2,1 dəfə artırılıb ki, bu da Dövlət Proqramı çərçivəsində növbəti il daha çox gəncin dövlət proqramının imkanlarından istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədardır.
Pravda.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” xərc maddəsi üzrə 2023-cü ildə 36,7 mln. manat proqnoz müəyyən edilib ki, bu da 2022-ci il proqnozundan 18,8 mln. manat və ya 105,0%, gözlənilən icra göstəricisindən isə 19,1 mln. manat və ya 108,5% çoxdur.
Cari ildə bu xərc istiqaməti üzrə 17,9 mln. manat vəsait ayrılsa da, 9 aylıq icra göstəricilərinə əsasən vəsait istifadə edilməyib. Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli 3163 saylı Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, həmin Sərəncamın 7-ci bəndi ilə Neft Fondu birinci maliyyə mənbəyi kimi müəyyən edilib. Dövlət Proqramı ilə 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb. Proqramın əhatə etdiyi dövrdə hər il üzrə 400 yer nəzərdə tutulub ki, həmin yerlərdən 320-si magistratura, 80-i isə bakalvr təhsili üçün ayrılıb. Sərəncamın 2.1.-ci bəndinə əsasən Proqramın əlaqələndirilməsini təmin edən Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə bu proqramın maliyyləşdirilməsi üçün ümumilikdə 21,6 mln. ABŞ dolları və yaxud 36,7 mln. manat vəsaitin ayrılması sifariş edilib. Hər bir təbələ üzrə orta illik xərc 51,0 min manat proqnozlaşdırılıb.
7 Oktyabr 23:33
7 Oktyabr 22:53
7 Oktyabr 22:50
7 Oktyabr 22:40
7 Oktyabr 22:06
7 Oktyabr 21:50
7 Oktyabr 21:14
7 Oktyabr 20:40
7 Oktyabr 20:31
7 Oktyabr 20:12
7 Oktyabr 19:56
7 Oktyabr 18:45
7 Oktyabr 18:44
7 Oktyabr 18:21
7 Oktyabr 18:14
7 Oktyabr 18:02
7 Oktyabr 17:59
7 Oktyabr 17:55
7 Oktyabr 17:52
7 Oktyabr 17:49
7 Oktyabr 17:43
7 Oktyabr 17:43
7 Oktyabr 17:29
7 Oktyabr 17:26
7 Oktyabr 17:22
7 Oktyabr 17:21
7 Oktyabr 17:19
7 Oktyabr 17:15
7 Oktyabr 17:05
7 Oktyabr 17:02
7 Oktyabr 17:02
7 Oktyabr 16:52
7 Oktyabr 16:45
7 Oktyabr 16:37
7 Oktyabr 16:34
7 Oktyabr 16:30
7 Oktyabr 16:28
7 Oktyabr 16:25
7 Oktyabr 16:19
7 Oktyabr 16:09
7 Oktyabr 16:05
7 Oktyabr 16:02
7 Oktyabr 15:54
7 Oktyabr 15:53
7 Oktyabr 15:48
7 Oktyabr 15:42
7 Oktyabr 15:37
7 Oktyabr 15:31
7 Oktyabr 15:27
7 Oktyabr 15:19
7 Oktyabr 15:10
7 Oktyabr 15:04
7 Oktyabr 14:52
7 Oktyabr 14:46
7 Oktyabr 14:45
7 Oktyabr 14:42
7 Oktyabr 14:41
7 Oktyabr 14:24
7 Oktyabr 14:20
7 Oktyabr 14:10
7 Oktyabr 14:07
7 Oktyabr 14:05
7 Oktyabr 13:58
7 Oktyabr 13:49
7 Oktyabr 13:47
7 Oktyabr 13:45
7 Oktyabr 13:44
7 Oktyabr 13:41
7 Oktyabr 13:29
7 Oktyabr 13:27
7 Oktyabr 13:19
7 Oktyabr 13:12
7 Oktyabr 13:01
7 Oktyabr 12:57
7 Oktyabr 12:53
7 Oktyabr 12:51
7 Oktyabr 12:47
7 Oktyabr 12:41
7 Oktyabr 12:39
7 Oktyabr 12:29
7 Oktyabr 12:22
7 Oktyabr 12:19
7 Oktyabr 12:13
7 Oktyabr 12:03
7 Oktyabr 11:59
7 Oktyabr 11:47
7 Oktyabr 11:42
7 Oktyabr 11:35
7 Oktyabr 11:27
7 Oktyabr 11:22
7 Oktyabr 11:19
7 Oktyabr 11:14
7 Oktyabr 11:10
7 Oktyabr 11:05
7 Oktyabr 10:57
7 Oktyabr 10:52
7 Oktyabr 10:48
7 Oktyabr 10:45
7 Oktyabr 10:35
7 Oktyabr 10:25
7 Oktyabr 10:24
7 Oktyabr 10:17
7 Oktyabr 10:14
7 Oktyabr 10:12
7 Oktyabr 10:09
7 Oktyabr 10:08
7 Oktyabr 10:06
7 Oktyabr 10:02
7 Oktyabr 10:00
7 Oktyabr 09:43
7 Oktyabr 09:20
7 Oktyabr 09:19
7 Oktyabr 09:10
7 Oktyabr 08:45
7 Oktyabr 08:26
7 Oktyabr 08:21
7 Oktyabr 08:15
7 Oktyabr 08:10
7 Oktyabr 08:05
7 Oktyabr 08:02
7 Oktyabr 06:39
7 Oktyabr 06:36
7 Oktyabr 06:35
7 Oktyabr 00:11
6 Oktyabr 21:58
6 Oktyabr 21:55
6 Oktyabr 21:53
6 Oktyabr 19:39
6 Oktyabr 19:27
6 Oktyabr 19:26
6 Oktyabr 18:59
6 Oktyabr 18:55
6 Oktyabr 18:49
6 Oktyabr 18:45
6 Oktyabr 18:42
6 Oktyabr 18:30
6 Oktyabr 18:25
6 Oktyabr 18:19
6 Oktyabr 18:09
6 Oktyabr 18:05
6 Oktyabr 18:00
6 Oktyabr 17:55
6 Oktyabr 17:51
6 Oktyabr 17:47
6 Oktyabr 17:35
6 Oktyabr 17:29
6 Oktyabr 17:28
6 Oktyabr 17:27
6 Oktyabr 17:21
6 Oktyabr 17:12
Ən son xəbərləri səhifəmizdən də izləyin