BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Politoloqdan deputatın “Şimali Azərbaycan” təklifinə cavab: “Təxribatdır, Naxçıvandan diqqəti yayındırmaq üçün edib”

“Deputat Qüdrət Həsənquliyevin Milli Məclisin plenar iclasında Azərbaycanın adının Şimali Azərbaycanla əvəzlənməsi ilə bağlı çıxışı təxribat xarakterlidir. Məsələn, Şimali-Cənubi Koreya müharibə nəticəsində Amerikanın və Sovet impersiyasının işğal etdiyi ərazilərə görə iki yerə ayrıldı. Sonra Vyetnam, Almaniya da həmçinin. İndi Almaniya birləşib. İki imperiyadan söhbət getmir. Yaxşı, İranın ərazisində Şərqi-Qərbi Azərbaycan var. Burda onsuz da Ermənistan ərazisinə “Qərbi Azərbaycan” deyirik, amma sözdə deyirik, bunu elan etmirik ki. Bu, dünyada tək Azərbaycan adına olan dövlətdir. Məgər Cənubi Azərbaycan var ki, Şimali də olsun? İranda Şərqi Azərbaycana ostan deyirlər, vilayətdir. Cənubi Azərbaycan isə yalnız filoloji, politoloji termindir, siyasi şəkildə işlətmək olar. Amma bunu bir dövlət qurumuna, inzibati əraziyə çevirmək... Vallah, bunun adı təxribatdır, başqa adı yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

 

O bildirib ki, ölkə dünyada Azərbaycan kimi tanınır: “Niyə indi Şimali Azərbaycan kimi tanınmaq eşqinə düşmüşük? Bu, diqqəti tamam yayındırmaq, başqa istiqamətə yönəltməkdir. Təklifdə nə millətçilik var, nə bir şey. Qüdrət Həsənquliyev hüquqşünasdır. Bu məsələni Makedoniya ilə qarışdırmasın. Şimali Makedoniya var, axı Cənubi Makedoniya yoxdur. Yunanıstanda bunun adı vilayət kimi gedir. Əgər idarəçiliyə qalsa, gərək iki Qazax rayonu deyək. Qazaxın 7 kəddi Ermənistan əraizsindədir. Onda Ermənistanın Qazax rayonu deyək? Yaxud Kərki kəndi… Naxçıvanın özü anklavdır. Belə bir şəraitdə biz “Şimali Azərbaycan” adlansaq, Naxçıvan nə olacaq? Başa düşürəm, Qüdrət Həsənquliyev partiyasının adına uyğun olaraq siyasi addım atıb. Amma bu, həm iqtisadi, həm də siyasi cəhətdən çox uğursuz bir gedişdir. Biz BMT-yə də Azərbaycan adı ilə daxil olmuşuq. Hər yerdə “Azərbaycan Respublikası” yazılır. “Şimali Azərbaycan” deyəndə biz Azərbaycanı inzibati, həm də mənəvi cəhətdən kiçildirik. Sözdə deməklə deyil ki. Bu, sırf siyasi təxribatdır. Təkcə “Şimali” sözünün əvəzələnməsi üçün Azərbaycanda 10 milyon pasport dəyişməlidir. Əksinə, çox ciddi problem yaradacaq. Bunun üçün 1 milyarddan çox vəsait xərclənməlidir. Dünyanın ən azı 50 ölkəsində səfirliklərimiz, nümayəndəliklərimiz var. Bu, səfeh bir söhbətdir. Naxçıvandan diqqəti yayındırmaq üçün Qüdrət Həsənquliyevin düşündüyü bir şeydir. Hazırda Naxçıvanda baş verən proseslərdən diqqəti yayındırmaq məqsədilə bu məsələni ortaya atıblar. Bəli, Qüdrət Həsənquliyev bu işləri bacarır. “Düzəlib hər yarağımız, qalıb saqqal darağımız”. Hər şey düzəlmişdi, bircə “Şimali” sözü qalmışdı...”

 

Aytəkin Qardaşova

Tarix: 30 Noyabr 2022, 12:13   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin