BURADA REKLAMINIZ OLA
BİLƏR

“WhatsApp” istifadəçiləri üçün daha bir yenilik

“WhatsApp”ı artıq planşetlərdə də istifadə etmək mümkün olacaq. Belə ki, “beta” versiyasının istifadəçiləri mesencerin artıq sözügedən qadcetdə quraşdırılmasını təklif edən bildiriş alıblar.

 

Müvafiq bildiriş “Android”in sınaq versiyasında 2.22.24.18 nömrəsi ilə peyda olub.

 

Ancaq o da qeyd olunur ki, “WhatsApp”ın planşet versiyasında bəzi funksiyalar, məsələn, real vaxtda məkanı paylaşmaq imkanı mövcud olmaya bilər.

 

Tətbiqin planşetlərdə tam işləyəcəyi vaxt hələ açıqlanmayıb. Çox güman ki, bu yenilik yaxın aylarda “WhatsApp”ın eyni vaxtda bir neçə cihazda tamhüquqlu işləməsinə imkan verən funksiyanın buraxılması ilə birlikdə əlçatan olacaq.

 

Xatırladaq ki, bir müddət əvvəl tərtibatçılar mesencerin masaüstü formatına zəng rejimi gətirdiklərini açıqlamışdılar.

 

Oxu.az

Tarix: 30 Noyabr 2022, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin