BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yol bağlanmalıdır” ifadəsi ermənilərin əlinə bəhanə verir

“Tofiq Zülfüqarov (sabiq xarici işlər naziri nəzərdə tutulur-red) “Laçın dəhlizi bağlanmalıdır” cümləsi bir az qəribə səslənir” deyərkən tam haqlıdır. Söhbət yolun bağlanmasından deyil, nəzarətə götürülməsindən, yolun sonunda Azərbaycan gömrük və sərhəd postunun yaradılmasından gedir. “Yol bağlanmalıdır” ifadəsi ermənilərin əlinə bəhanə verir ki, guya Azərbaycanın məqsədi Qarabağı mühasirədə saxlamaqdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, məqsəd bu deyil, əsas vəzifə həmin yolda nəzarət postları yaratmaqla Ermənistandan Qarabağa silah, hərbi texnika, minaların daşınmasının, cinayətkarların, o cümlədən Azərbaycan vizası olmayan xarici ölkə vətəndaşların ərazimizə qanunsuz keçidinin qarşısını almaqdır: “Zəngəzur dəhlizinin açılmasını gözləmədən Azərbaycan büdcəsi hesabına tikilən və ərazimizdən keçən yolun nəzarətə götürülməsi başlıca vəzifəmiz olmalıdır”.

 

Kənan

Tarix: 30 Noyabr 2022, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin