BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslının müavini deputatların fikrini dəstəklədi

Xəbər verdiyimiz kimi, Milli Məclisin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiyanın Qarabağdakı hərbi kontingentinin özbaşınalıqlarına diqqət çəkib. Bildirib ki, son vaxtlar Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini dəyişdirdiyini görürük: “Hansi səbəbdən bunu edirlər?”

 

S.Novruzov qeyd edib ki, bununla hərbi kontingent üçtərəfli razılaşmaya, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləyən prezident Putinə hörmətsizlik edirlər. Komitə sədri bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasına müraciət ediləcəyini söyləyib:

 

“Sülhməramlılar görünür ki, öz prezidentlərinin imzaladığı sənədi saymırlar, hörmətsiz yanaşırlar. Bununla bağlı Biz Rusiya Dövlət Dumasının regional məsələlər komitəsinə və Müdafiə Nazirliyinə müraciət edəcəyik. Ermənilər tərəfindən 1000-dən artıq toponimimiz dəyişdirilib. Əgər onlar öz funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə separatçılar lazım deyil, işlərini görə bilmirlərsə, getsinlər”.

 

Komitə sədri Ziyafət Əsgərov da bu mövzuda danışarkən həmkarının fikirlərini dəstəkləyib.

 

Sitat.info-ya açıqlamasında məlum mövzuya münasibət bildirən AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı da bu fikirləri çox müsbət qəbul etdiyini bildirib:

 

Onun sözlərinə görə, hər iki deputatın fikirləri tam olaraq yerində deyilib:  "Ümumiyyətlə, sevindirici haldır ki, artıq qanunverici orqan səviyyəsində Qarabağda olduqları 2 il müddətində üzərlərinə götürdükləri öhdəliklərin heç birinə əməl etməyən rus sülhməramlılarının oradan çıxarılması tələbi səslənir. Əslində bu da gözlənilən idi. Çünki, 20 gün öncə Ali Baş Komandan İlham Əliyev açıq şəkildə Rusiya sülhməramlılarının Qarabağda bəlli müddətə yerləşdirildiyini bildirdi. Bu müddətin bitiminə isə 3 il qalır".

 

C.Abbaslı hesab edir ki,  bu illər ərzində tez-tez sülhməramlıların müddətinin nə qədər qaldığını gündəmdə saxlamalıyıq: "Bu çox vacib məqamdır. Əks halda ermənilər sığındıqları Rusiyanın sülhməramlılarının müddətinin uzadılması üçün dəridən-qabıqdan çıxacaqlar. Çünki, yaxşı bilirlər ki, həmin qüvvələrin Qarabağdan çıxarılmaları Xankəndi də daxil bütün problemlərimizin aradan qaldırılmasına yol açacaq. Artıq Moskva tərəfindən hərəkətlənmə də müşahidə olunur. Tez-tez Ermənistan-Azərbaycan münasibətlərinin tam şəkildə düzəlməsini istədiklərini guya istəyirlər. Burada isə, səmiyyət özünü heç bir halda göstərmir".

 

Partiya sözcüsü vurğulayır ki, günlər öncə “Dağlıq Qarabağ vilayəti” ifadəsi işlədilən ölkədən hansı səmiyyəti gözləmək olar: " Biz indidən 5 ilin bitməsinə 6 ay qalana hazırlaşmalıyıq, həmin zaman çatanda öz haqlı tələbimizi, yəni rusların Qarabağdan çıxma tələbini irəli sürməliyik. Ermənilər, ruslar nə qədər çabalasalar da, burada əsas söz hüququ Azərbaycana məxsusdur”.

Tarix: 30 Noyabr 2022, 16:58   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin