BURADA REKLAMINIZ OLA
BİLƏR

"Koronavirusla bağlı qanun layihəsinin hazırlanması vaxt itkisidir" - Deputat

Azərbaycanda ayrıca "Koronavirus haqqında" qanun layihəsini hazırlayıb qəbul etməyə ehtiyac yoxdur. Bu həm də vaxt itkisidir. Bununla bağlı sosial sifariş də yoxdur”.

 
Pravda.az-ın xəbərinə görə bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronavirus pandemiyası ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasının mümkünlüyü barədə danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bizdə məsələni tənzimləyən kifayət qədər hüquqi baza var: “Bizim “Fövqəladə hallar haqqında”, “Sadə epidemoloji sağlamlıq haqqında” qanunlarımız var. Ötən il Milli Məclisin iclasında mövcud qanunlara da əlavə və dəyişiklik etmişdik ki, karantin rejimini pozmağa görə cərimələr, o cümlədən Cinayət Məcəlləsinə dəyişiklik olsun ki, orada əksər məsələlər öz əksini tapsın”.

 

Musa Quliyev bəzi ölkələrin parlamentində koronavirusla bağlı qanun layihəsinin hazırlandığını da söyləyib: “Bir neçə xarici ölkələr var ki, tələsərək 9-10 maddədən ibarət koronavirusla bağlı qanun layihəsi qəbul ediblər. Ukrayna, Polşa kimi ölkələrin qəbul etdikləri qanunla tanışam. İndiki məqamda tələsik qanun qəbul edilməsi doğru deyil”.Modern.az

Tarix: 29 Mart 2020, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin