BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb - RƏSMİ

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

 

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Tarix: 1 Dekabr 2022, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin