BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“NATO-nun gərgin vəziyyət yaratması Azərbaycan üçün də təhlükə və risklər yaradır” - Lavrov

“NATO Asiya və Sakit Okeanda gərgin vəziyyət yaradır, buna cavab olaraq Rusiya və Çin hərbi əməkdaşlığı gücləndirir və birgə təlimlər keçirir”.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

“NATO-nun o ərazilərdə gərgin vəziyyət yaratması Azərbaycan üçün təhlükə və risklər yaradır. Ona görə də biz Çin Xalq Respublikası ilə hərbi əməkdaşlığı inkişaf etdiririk, birgə təlimlər keçiririk. Bunlar hadisələrin istənilən formada inkişafına hazır olduğumuzu göstərən qabaqlayıcı tədbirlərdir. Amma ABŞ rəhbərliyi altında NATO üzvlərinin Avropanın ardınca burada da gərgin vəziyyət yaratmağa çalışması hamı tərəfindən aydın sezilir”.

 

 “ABŞ və Avropa İttifaqı Ukraynada ATƏT-in bütün əməkdaşlıq prinsiplərini məhv etdiyi kimi, ATƏT-i daha geniş formada sıradan çıxararaq, regionu Avropa Birliyi kimi dar, qeyri-inklüziv formatlarla doldururlar. Onlar Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasını (Association of Southeast Asian Nations - ASEAN-red) da məhv etmək istəyindədirlər”, - Lavrov qeyd edib.

 

Xəyal

Tarix: 1 Dekabr 2022, 15:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin