BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Günel Mövlud: “Norveçdə tısbağaya qoyulan hörməti bir azərbaycanlı qadın olaraq heç vaxt görməmişəm”

“Oğlumun aylardır gözlədiyi tısbağanı bu gün ala bildim. Satıcı tısbağanı mənə satmazdan əvvəl evdə terrarium, isitmə lampası, su və yemək qabı, vitaminlər, xüsusi qida, üstündə gəzməli olduğu yumşaq material və s. şeylərin bizdə olub-olmadığını soruşdu. Dedi ki, bütün bunlar olmasa, heyvanı bizə satmaq ixtiyarı yoxdur. Bunların hamısını almışdıq. Satıcı iki saata yaxın bizimlə söhbət elədi. Tısbağanın saxlanmalı olduğu temperaturdan, gəzməyə nə qədər yer lazım olduğundan, hansı hallarda həkimə aparmalı olduğumuzdan danışdı. Bütün bunları dəyəndən sonra tısbağanı normal heyvani şərtlər əsasında saxlayacağıma dair sənədlər imzaladım”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Günel Mövlud bildirib.

 

“Üstəlik, satıcı tələb elədi ki, tısbağaya yaxın zamanlarda qulaq yoldaşı, yani ikinci tısbağa da alaq, dedi ki, tısbağanın həm də sosiallaşmaq hüququ var... Evə qayıdanda yolboyu düşündüm. İndi də düşünürəm. Bütün müqəddəslərə and olsun ki, Norveçdə tısbağaya qoyulan dəyəri, hörməti, qayğını mən bir azərbaycanlı qadın olaraq, uşaqlığımdan bu yana heç vaxt görməmişəm...”, - G.Mövlud qeyd edib.

 

O, tısbağanın qiymətinin 450 dollar olduğunu bildirib.

Tarix: 1 Dekabr 2022, 15:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin