BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmil Sadıq: “Yazıçının geyim tərzindən istifadə edib onu dilənçi obrazında təqdim etmək ayıbdır”

“Bir insanın, yazıçının görkəmindən, geyim, yaşam tərzindən istifadə edib onu dilənçi obrazında təqdim etmək ayıbdır. Görürəm, naşirindən tutmuş oxumayan oxucusuna qədər hər kəs Əlisa Nicatın şəklini paylaşıb, bank kartı paylaşıb ürək ağrısı ilə dəstək istəyirlər. Bu bilirsiniz nədir, millətin özgüvənini, ruhunu sındırmaq, bunu görəndə heç kim heç kimi yox, birinci özünü qınamalıdır. Dövlət bababın günahı öz boynuna. Bəs sən vətəndaş olaraq, boy-boy şəkil paylaşıb yazıq kimi təqdim etdiyiniz yazarın kitabını nə vaxt almısan? Tutuquşu kimi 100 kitab müəllifi deyib, özümüzü ağıllı aparmaqla deyil ki... Bu bizim reallıqdır, bəzən adam öz reallığından belə utanır və bunu sillə kimi adamın üzünə  vurmaqla xalq qazanmaq lazım deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu filoloq Şəmil Sadıq bildirib.

 

Ş.Sadıq qeyd edib ki, dəyəri belə vermirlər: “Dəyər başqadır: “Belə səmimisinizsə, həm Əlisa Nicatı çap edən naşirlərə, həm də bəh-bəhlə paylaşan oxumayan oxuculara üzümü tuturam və deyirəm, 2,3,4 dekabr tarixlərində Əlisa Nicatın kitablarının satışını qapaq qiymətinə Kitabevim.az da satışa qoyuruq. Kitabın satıldığı qiyməti olduğu kimi, Əlisa bəyin özünə veririk. Hədəf Nəşrləri olaraq 2021-ci ildə 85 illik yubileyinə həsr edilmiş Xatirələr kitabını təqdim edirik. Çox ürəyiniz yanır, kitabın alın, oxuyun, həm yazara dəstək olsun, həm də sizin əlinizdə onun kitabı, heç olmasa bir vərəqinə göz atasınız. Buyurun, cəsarətli naşir və oxucu dostlar. Səmimiyyətimizi ortaya qoyaq”.

 

Kənan

Tarix: 1 Dekabr 2022, 16:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin