BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçı: “Camaat da düşüb bunun dalınca ki, qoymayın, 100-dən artıq kitab yazan kişi soyuqdan öldü...”

“Şahbaz Xuduoğlu Əlisa Nicatın şəklini paylaşıb ki, kişi üşüyür. Qazpulu verə bilmədiyi üçün evdə soba yandıra bilmir... Camaat da düşüb bunun dalınca ki, ay nə bilim, canlı ensiklopediya belə gəldi, ayə qoymayın, 100-dən artıq kitab yazan kişi soyuqdan öldü-filan... Əlisa Nicatı bir şəxsiyyət, yazıçı, filosof olaraq müzakirəyə qoymaq fikrim yoxdur. Çünki cəmi bir ktabını - "Qızılbaşlar" romanını gənc yaşlarımda oxumuşam, o da yadımdan çıxıb. Ancaq hesab edirəm ki, heç bir vətəndaş qazpulu ödəyə bilmədiyinə görə, soyuqdan ölməməlidir. Xüsusilə də, ədəbiyyata, mədəniyyətə töhfələr vermiş, xidmətləri olan yaşlı bir insan ola”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Nadir Qocabəyli bildirib.

 

N.Qocabəylinin sözlərinə görə, müəyyən istisnalar xaric, yəni dost-tanışı, adamı, "podxod"u, işbazlığı olmayan, oğlunu-qızını vəzifəyə düzəldə, özünə Prezident təqaüdü düzüb-qoşa bilməyən hər bir mədəniyyət, ədəbiyyat, yazı-pozu adamını məhz bu tale gözləyir: “Hətta daha pisi. Əlisa müəllim heç olmasa bu yaşa qədər birtəhər gəlib çıxıb. Çoxu heç 50-60 yaşına çatmır. 60-a yaxın kitabın altında da mənim imzam, 55 də yaşım var. Bu dövlət mənə indiyəcən bir qara qəpik veribmi? Verməyib. Şahbaz Xuduoğlu xal toplamaq üçün Əliza Nicatı əlində bayraq eləyir. Bəs qalanları necə olacaq?.. Burada bir haşiyə çıxaraq bir məsələni qeyd etməyə bilmirəm. Tərcümə elədiyim kitablardan təxminən 20-sini "Qanun" nəşriyyatı üçün etmişəm. Özü də hamı bilir ki, sözügedən nəşriyyatın çap etdiyi kitablar arasında mənim tərcümələrim ən yaxşılarıdır. Xuduoğlu özü də məni bir çoxlarının yanında "ən yaxşı tərcüməçi" adlandırıb. Ancaq günlərin bir günü mənimlə səssiz-səmirsiz vidalaşdı. Yəni daha sifariş, iş vermədi. Ona dəfələrlə sual vermişəm: niyə ən yaxşı təcüməçinlə vidalaşdın? Cavab gəlməyib. Amma cavab verə bilərdi. Həqiqəti etiraf edərək söyləyə bilərdi ki, Nadir Qocabəyli işini vaxtında, keyfiyyətli görür, ancaq bunun müqabilində zəhmət haqqını da vaxtında tələb edir. Mənsə verə bilmirəm. Bunun ardınca da fundomental səbəbləri açıqlaya bilərdi. Ancaq bunu etdimi? Yox, etmədi, özünü eşitməzliyə vurdu. İndi qocaman yazıçının şəklini çəkib paylaşır ki, guya bu, yazıçı, ədəbiyyat, kitab təəssübü çəkəndir. Xudunun oğlu, sən ədəbiyyat, kitab, yazıçı, tərcüməçi qədri bilən olsaydın, mənim kimi adamları qorumağa çalışardın, bizimlə bir olardın, səmimi olardın, bizim gücümüzdən istifadə edib, mübarizə aparardın. Onda biz indikindən qat-qat güclü olardıq. Xuduoğlu, sabah mənim iş qüvvəm, gücüm tükənəndə, qazpulu, işıqpulu verməyə vəsaitim olmayanda sənin nəşriyyatın üçün etdiyim tərcümələrə görə, pensiya ala biləcəyəmmi? Sən bunun üçün nəsə etmisənmi? Etməmisən. Əksinə, tərcüməçilərə deyirdin ki, Vergilər Nazirliyi sizi sorğu-suala tutsa, deyərsiniz ki, kitabları pulsuz tərcümə edirik. Amma indi qocaların şəklini çəkirsən. Şəkil çəkmək lazım deyil ey, ay qardaş, düz işləmək, həqiqəti söyləmək, problemin üzərinə kişi kimi getmək lazımdır. Belə spekulyasiyalar isə yalnız populuzmdir. Problemin səbəbi isə çox dərindədir və hətta siyasidir. Ancaq bunu dilə gətirməyə heç birinizin hünəri çatmır. Heç biriniz deyə bilmirsiniz ki, Azərbaycan tipli ölkədə kitab yalnız xaltura, yazıçılıq yalnız imitasiya ola bilər. Azərbaycanda yazıçılıq və kitab qaldı SSRİ dövründə və bir daha olmayacaq. Kitab və ədəbiyyat sivilizasiya məhsuludur, kiminsə müvəqqəti maraqlarına xidmət edən şirkət proyekti deyil. Birdən elə bilərsiniz ki, Xuduoğlu ilə prinsip aparıram. Qətiyyən. O adam mənim üçün, sadəcə, sıradan bir spekulyantdır. Kitab alverçisi. O istəsə də, bu problemləri çözə bilməz. Bu problemi nəinki Şahbaz, heç Azərbaycan adlı dövlətin özü də çözə bilməz. Şahbaz kimilərin edə biləcəyi yeganə şey bunu etiraf etmələri ola bilər ki, onu da etməzlər. Çünki bu xalqı, ölkəni girdaba məh Şahbaz qafalılar, onun da mənsub olduğu marginal dəstə salıb. Sırf öz dərilərini xilas etmək üçün... Əlisalar isə bunların əlində əbədi Nicat bayrağıdır...”

 

Kənan

Tarix: 2 Dekabr 2022, 08:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin