BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qohumunu öldürən şəxsin istintaqı yekunlaşdı

Sumqayıtda qohumunu öldürməkdə təqsirləndirilən Rəşad Şəbiyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində baş verib. 36 yaşlı Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 44 yaşlı Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin mülk mübahisəsi üstündə törədildiyi bildirilir.

 

Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 2 Dekabr 2022, 09:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin