BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: "Daim Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxırlar"

“Fransa Azərbaycana qarşı ardıcıl qətnamələr qəbul etməklə Azərbaycanı itirir”.

 

Bu sözləri Milli Məclisin (MM) sədr müavini Adil Əliyev parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

Sədr müavini qeyd edib ki, Fransanın ölkəmizə qarşı apardığı riyakar siyasət onun ikiüzlü olmasını hər zaman büruzə verir: “Daim Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxırlar”.

 

A.Əliyev bildirib ki, Azərbaycan siyasi, iqtisadi, hərbi çəkisinə görə Cənubi Qafqazın əsas dövlətidir: “Erməni lobbisinin təsiri ilə hərəkət edənlər ədalət hissini boğmaqla yanaşı, Fransanın milli və təhlükəsizlik maraqlarını da bir tərəfə qoyur. Çünki Fransanın milli və təhlükəsizlik maraqları Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı diqtə edir”.

 

Report

Tarix: 2 Dekabr 2022, 11:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin