BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəzakət Məmmədova: “Nazir müavini mənə elçi düşüb” – VİDEO

“Zamanında mənimlə ailə qurmaq istəyən çox bəylər olub. Nazir müavininə kimi mənə elçi düşən olub”.

 

Pravda.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri aktrisa Nəzakət Məmmədova qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.

 

Xəyanətə görə boşanan sənətçi bildirib ki, 27 yaşı olanda ədliyyə nazirinin müavini ona elçi düşüb və onunla evlənmək istəyib:

 

“O zamanlar doğum evində uşaq həkimi işləyirdim. Həkim yoldaşımızın toyunda idim, həmin şəxs məni orada gormüşdü. Nazir müavini məni bəyənmişdi. Adını çəkməyəcəyəm, çünki artıq vəfat edib. Çox hörmətli bir insan idi, ədliyyə nazirinin müavini idi. Övladlarımın onda 2-3, mənim isə 27 yaşım vardı. Yenidən ailə qurmaqdan qorxdum. Ögey atanın yanında xüsusi ilə qız uşağını böyütməkdən qorxdum”.

 

Qeyd edək ki, Nəzakət Məmmədova açıqlamalarının birində həyat yoldaşını qardaşı arvadı ilə evində bir yerdə tutduğunu etiraf edib.

 

Tarix: 2 Dekabr 2022, 12:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin