BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Rzayev: “Təcavüzkar təcavüzkarın yanında olmalıdır, qatil, cəllad faşisti - zalımı dəstəkləməlidir”

“Fransa Milli Asambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam və qərəzli qətnamə Azərbaycandan əvvəl Fransanın özünün milli maraqlarına, demokratik imicinə ziddir. Bu qətnamə Azərbaycana qarşı düşmənçiliyin sistemli, düşünülmüş şəkildə həyata keçirilməsinin göstəricisidir. Son illərdə erməni lobbisinin əsirinə çevrilən Jak Şirak, Sarkozi, Makron və əksər parlament üzvləri öz çirkin əməlləri ilə dünyaya sübut etdilər ki, onlar öz xalqlarının taleyi barədə deyil vəzifədə qalmaq, mənfəət əldə etmək barədə daha çox düşünürlər. Bu gözləniləndir. Çünki təcavüzkar təcavüzkarın yanında olmalıdır, qatil, cəllad faşisti - zalımı dəstəkləməlidir…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Fransa dünyanın bir çox ölkələrinin və xalqlarının başına müsibətlər, faciələr gətirib: “Ermənistana örnək olub, dəstəkləyib. Əlbəttə ki, qatil dostuna dəstək verməlidir. Fransanı və Ermənistanı birləşdirən, “bacı” edən onların faşist xisləti, təcavüzkarlıq əməlləridir. Senatın və Milli Asembleyanın qəbul etdiyi qətnamələr riyakarlığın, siyasi əxlaqsızlığın, beynəlxalq normalara, ilk növbədə, Fransa hakimiyyətinə və xalqına hörmətsizliyin ifadəsidir. Bu qətnamələrlə Azərbaycana təsir etmək, onu haqlı mübarizəsində dayandırmaq, milli maraqlarımızın ziddinə getməyə məcbur etmək mümkün deyil. Siyasi əhəmiyyət daşımayan bu sənədlər Ermənistanı uçuruma yuvarlamaqdan, Cənubi Qafqazda sülhə və əminamanlığa maneə olmaqdan, təcavüzkar ermənilərə təskinlik verməkdən başqa bir şey deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, xalqımızın və ordumuzun mövqeyi bütün dünyaya bəllidir. Bu, Azərbaycanın bütövlüyü və sərhədlərimizin toxunulmazlığıdır. Azərbaycan xalqı tarixi ədaləti bərpa edib, düşmənin başını əzib, haqqını alıb və bundan sonra da mübarizədən geri çəkilməyəcək. Fransa və Ermənistanı müdafiə edən dövlətlər bunu yaxşı bilirlər və saxta sənədlər qəbul etməklə özlərini aldatmamalıdırlar. Onun-bunun əlində oyuncağa çevrilən Ermənistan hakimiyyəti isə quru kağızlara deyil, reallıqlara arxalanmalı, düşdüyü vəziyyətdən nəticə çıxarmalıdır…”

 

Aytəkin Qardaşova                                                            

Tarix: 2 Dekabr 2022, 13:19   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin