BURADA REKLAMINIZ OLA
BİLƏR

“Abşeron yarımadasında olan palçıq vulkanlarının təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi” layihəsinin icrasına başlandı

Azərbaycan Seysmoloqlar Assosiasiası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Abşeron yarımadasında olan palçıq vulkanlarının yaşayış məntəqələrinə olan təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi” layihəsinin icrasına başlayıb.

 

Layihənin məqsədi yaşayış məntəqələrinə ən yaxın və real təhlükə olması ehtimal edilən vulkan seçilərək insanların təhlükəsizliyini təmin etməkdir.

 

Üç ay davam edəcək layihə çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin stansiyalarından alınan məlumatlar emal olunacaq və vulkanların tarixi fəaliyyəti araşdırılacaq. Vulkan ətrafında olan binaların vəziyyəti qiymətləndiriləcək, yerli icra orqanlarına məlumatlar veriləcək.

 

Layihənin əhatə edəcəyi coğrafi ərazi Xəzəryanı-Quba vilayətində yerləşən Qaynarca vulkanı və  Şamaxı-Qobustan vilayəti yəni Böyük Qafqazın cənub-şərq hissəsini əhatə edən zonadır.

Tarix: 5 Oktyabr 2022, 15:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin