BURADA REKLAMINIZ OLA
BİLƏR

Əlisa Nicatın oğlu toplanan maliyyəyə təəccübləndi: “Vay dədə, bu nədi, ədə...”

“Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün  büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını  bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi, ədə" dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir. Mən bir anlıq qanadlandım”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirib.

 

“Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də yazmağı özümə mənəvi borc bilirəm. İrşad Elektronics şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi. Ardından, Baku Electronicsdən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr  də, dedim ki, artıq o işi bsşqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz. Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım  təklifi etdi. "Görüş"restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm. Bir nəfər yazmışdı ki, mən "santexnikəm", bütün işləri pulsuz görərəm. Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər. Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, "Sobsan" Boyaları bütün rəngləmə materiallarını pulsuz verir. Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş  təklif edənlər də var. Yardım təklifləri, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi -hüdudu yoxdur. İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıb. Həm yardım, həm də təşəkkür edirlər. Az, ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum;  bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!”, – o qeyd edib.

Tarix: 2 Dekabr 2022, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin