BURADA REKLAMINIZ OLA
BİLƏR

Həftədə 50 milyon maskaya ehtiyac var - İranda

Yeni koronavirusla əlaqədar İranın həftədə 50 milyon ədəd maskaya ehtiyacı var.

 

Pravda.az-ın xəbərinə görə, bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və İranın Gömrük Administrasiyasının baş direktoru Mehdi Mirəşrəfi deyib.

 

M.Mirəşrəfinin sözlərinə görə, bununla əlaqədar son günlər İrana maska istehsal edən avadanlıqlar idxal edilib.

 

Nazir müavini daha çox maskanın istehsal edilməsi üçün startap şirkətlərlə danışıqların aparıldığını deyib.

 

Mirəşrəfi əlavə edib ki, indiyədək dünyanın 30 ölkəsi koronavirusla mübarizə ilə əlaqədar İrana yardım edib.

 

Nazir müavini bildirib ki, koronavirusla mübarizə ilə əlaqədar tibbi ləvazimat və avadanlıqlar 24 saat ərzində gömrükdən buraxılır.Trend

Tarix: 29 Mart 2020, 19:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin