BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX Naxçıvanda yeni əməliyyat keçirib? - YENİLƏNDİ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranla sərhəddəki gömrük idarələrindən birində əməliyyat keçirməsinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

DTX-nin bu gün İranla sərhəddə yerləşən gömrük idarələrinin birində əməliyyat keçirməsinə və idarənin rəisi, həmçinin digər əməkdaşlarının saxlanıb istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar doğru deyil.

 

Oxu.az

 

***

16:39

 

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük İdarəsində keçirdiyi əməliyyat davam edir.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Axar.az məlumat yayıb.

 

Onun sözlərinə görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər.

 

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı.

 

Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.

Tarix: 2 Dekabr 2022, 17:18   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin