BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şəki-Oğuz” Aqroparkında yeni zavodun təməli qoyuldu - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.

 

Pravda.az xəbər verir ki, “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına zavodun layihəsi barədə məlumat verdi.

 

Bildirildi ki, əldə olunmuş məhsulun beynəlxalq standartlara uyğun şəkildə satışını təşkil etmək məqsədilə qozun yuma, qurutma, çeşidlənmə və qablaşdırma zavodu ABŞ şirkəti ilə birgə layihələndirilib və avadanlıqla təchiz edilməsi üçün müqavilə bağlanıb. İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb.

 

Qeyd edildi ki, ümumilikdə 2 min hektar bağdan ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulub. Eyni zamanda, qoz növləri üzrə tingçilik təsərrüfatı yaradılıb. Məhsulların yığılma və qurudulma vaxtı 40 gündür. Qoz məhsulunun qurudulması üçün nəzərdə tutulmuş 80 metal qutunun həcmi 400 tondur.

 

Məlumat verildi ki, zavodda ilkin olaraq 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Prezident İlham Əliyev yeni zavodun təməlini qoydu.

 

***

 

17:50

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.

 

Pravda.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Tarix: 2 Dekabr 2022, 17:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin