BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov Siyavuş Novruzovdan danışdı

Milli Məclisin deputatı, komitə sədri Siyavuş Novruzovun Naxçıvan barəsindəki fikirləri geniş rezonans doğurub.

 

Belə ki, millət vəkili Naxçıvanda baş verən hadisələrə münasibət bildirən bir sıra həmkarlarına “yuyulmamış çömçə kimi ortaya atılırlar” ifadəsini işlədərək onların ermənilər tərəfindən öyrədildiyini dilə gətirib. Bildirək ki, Naxçıvan haqda açıqlamalar verən deputatlardan biri də Vahid Əhmədovdur. Məsələ ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən Vahid Əhmədov deyib ki, hər deputatın öz fikri var, o fikirlərə həmişə hörmətlə yanaşır:

 

“İndi də hörmətlə yanaşıram. Bu, onun fikridir və o, belə fikirləşir. Burada qeyri-adi bir şey yoxdur axı? İstənilən vətəndaş, istənilən fikri söyləyə bilər. Demokratik bir ölkədə yaşayırıq. Mən belə başa düşürəm ki, bu, onun öz fikridir. Hər bir insan fikrini bildirə bilər, o da millət vəkilidir, hörmətim var fikirlərinə və buna müdaxilə etməyə də ehtiyac yoxdur”.

 

Naxçıvandan olan deputatların səssizliyinə toxunan müsahibimiz yekunda belə deyib: “Onlar Naxçıvandan seçilən deputatlardır və  özlərini bu məsələdə belə aparmaları, məncə, normaldır”.

Tarix: 2 Dekabr 2022, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin