BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Portuqaliya uduzdu

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub.

 

Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.

 

İlk qolu 5-ci dəqiqədə Portuqaliya seçməsindən Rikardo Orta vurub. 27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Xvan Xi Çxan qələbə qoluna imza atıb.

 

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Cənubi Koreya millisi 2-ci pilləyə yüksəlib. 6 xalı olan Portuqaliya hələlik ilk pillədə qərarlaşıb. Qrupun digər oyununda Uruqvay yığması Qanaya 2:0 hesabı ilə qalib gəlir. Hesab dəyişməsə, Portuqaliyadan sonra Cənubi Koreya kollektivi pley-offa adlayacaq.

 

Report

Tarix: 2 Dekabr 2022, 21:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin