BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

DÇ-2022: Qana və Uruqvay yığmaları qrupda qaldı

Qana və Uruqvay milli komandaları Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıblar.

 

Pravda.az-ın məlumatına görə, H qrupunun sonuncu turunda üz-üzə gələn yığmaların duelində Cənubi Amerika təmsilçisi 2:0 hesablı qələbə qazansa da, digər matçda Portuqaliyanın Cənubi Koreyeya uduzması asiyalıların mərhələ adlamasına səbəb olub.

 

Uruqvay seçməsindən hər iki qolu Corcian de Arraskaeta vurub. O, 26 və 32-ci dəqiqələrdə fərqlənib.

 

Beləliklə, Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.

Tarix: 2 Dekabr 2022, 21:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin