BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu avtobusların hərəkət sxemi dəyişdi

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

 

Bakı Nəqliyyat Agentliyindən Pravda.az-a bildirilib ki, tikinti-bərpa işləri ilə əlaqədar olaraq mart ayının 30-u səhər saatlarından Bibiheybət məscidindən şəhər və əks istiqamətdə, yeni yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyindən ərazidə fəaliyyət göstərən 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində dəyişiklik edilərək köhnə Bibiheybət yolu – 20-ci Sahə dairəsi ilə təşkil ediləcəkdir.

Tarix: 29 Mart 2020, 21:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin