BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahdan Rusiyada insanların hərəkətinə məhdudiyyət qoyulacaq

Sabahdan Rusiya paytaxtında hamı üçün özünütəcrid rejimi tətbiq olunur.

Pravda.az-ın xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyaninin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, evdə özünütəcrid rejimi yaşından asılı olmayaraq, martın 30-dan paytaxtın bütün sakinlərinə şamil olunacaq. Evi tərk etməyə ancaq təcili tibbi yardım çağırmaq üçün müraciət edən halda və həyat və sağlamlığa təhlükə halında olan zaman icazə verilir.

Bundan başqa, işə getməyə məcbur paytaxt sakinlərinə icazə veriləcək. Ən nyaxın mağazadan və aptekdən alış-veriş etməyə, ev heyvanları ilə yaşadığı ünvandan 100 metrdən çox olmayaraq məsafədən gəzməyə və zibil atmağa icazə verilir.

O da bildirilib ki, yaxın günlərdə küçəyə çıxmaq ancaq xüsusi buraxılış icazəsi ilə mümkün olacaq. Bu buraxılış icazəsi Moskva hökuməti tərəfindən paytaxt sakinlərinə veriləcək.APA

Tarix: 29 Mart 2020, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin