BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovun oğlunun sürücüsü həbs edilib?

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü Həsən Əhmədovu və Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovu qandallayıb Bakıya gətiriblər.

 

Hər iki şəxs hazırda DTX-da sorğu altındadır.

 

Saxlanılanlardan Hicran Rüstəmov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə ittiham olunurlar.

 

Digər bir məlumata görə, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də göz altına alınıb./Ovqat.com

Tarix: 4 Dekabr 2022, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin