BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobuslarda gediş pulsuz olacaq - İspaniyada

İspaniyada uzun məsafəli avtobus marşrutları 2023-cü il yanvarın 1-dən etibarən pulsuz olacaq.

 

Ölkə hökumətindən bildirilib ki, artıq müntəzəm sərnişinlər üçün pulsuz dəmir yolu səyahəti mexanizmi işləyib hazırlanıb və indi oxşar sxem ölkədə avtobus nəqliyyatına da şamil edilməlidir.

 

Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən xüsusi gediş kartlarına sahib olacaq sərnişinlər avtobuslarla uzaq məsafələrə pulsuz səyahət edə biləcəklər.

 

Proqram çərçivəsində İspaniyada ümumilikdə 79 avtobus marşrutu pulsuz işləyəcək.

Tarix: 5 Dekabr 2022, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin