BURADA REKLAMINIZ OLA
BİLƏR

“Düşünmədən addım atdıqdan sonra “Allah məni qoruyacaq” demək yanlış yanaşmadır” - Hacı Şahin

“İnsan öz sağlamlığına görə Allah qarşısında məsuliyyət daşıyır. Din təkcə mənəviyyatımızın deyil, həm də sağlamlığımızın keşiyində dayanır. Can bizə verilən əmanətdir. Qurani-Kərimdə deyilir ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

 

“Bəzən insanlar deyir ki, Allah məni qoruyar, ölüm nə zaman gələcəksə, bizdən asılı deyil. Bu, tamamilə yanlış yanaşmadır. İnsan alın yazısına məhkum varlıq deyil, öz davranışları nəticəsində müəyyən cəzalara məhkum olunur. İnsanın düşünmədən addım ataraq “Allah məni qoruyacaq” deməsi yanlış yanaşmadır. Təbii ki, Allah onu qorumayacaq. İnsan özünə və digərlərinə təhlükə yaradırsa, qatil hesab olunur. İnsan ehtimal olunan təhlükədən qorunmalıdır. Din sağlamlığa, təmizliyə önəm verir. İnsan düşüncə ilə hərəkət etməli, sağlam məntiqə əsaslanmalıdır. Dəstəmazın insanı infeksiyadan qorunması ilə bağlı iddialar yanlışdır. Din hansısa sahənin mütəxəssisinin tövsiyəsinə əməl etməyi qadağan etmir. Tutaq ki, həkimlər deyirsə ki, bu qaydalara əməl etmək lazımdır, artıq bu, dini qaydaya da çevrilmiş olur. Spirtdən istifadə etmək dinlə ziddiyyət təşkil etmir” – Ş.Həsənli qeyd edib.İTV

Tarix: 30 Mart 2020, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin