BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “İran rejimi millət anlayışını “ümmət”lə əvəz edərək yeni insan tipi yaratmağa çalışır”

“İranda baş verənlər SSRİ-nin son dövrünü, hardasa 1886-87-ci illəri xatırladır. Əslində İran və SSRİ sistemi, ideologiya, metadologiya olaraq bir-birinə çox yaxın ölkələrdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“SSRİ millət, kimlik anlayışını unutdurub hamıdan “sovet adamı” düzəltmək, davranış qaydalarını, hətta geyimlərini, düşüncə tərzini dizayn-nəzarət etmək istəyirdi (sovet vaxtı “stilyaqa”ları geyimlərinə görə təqib edirdilər), imperiyanı qorumaq üçün kommunist, əslində cəlbedici olan “sol” ideologiyanı ifrat hala salıb, istismar etməyə çalışdı. Eyni ilə İran da müqəddəs dinimizi, inancı öz dövlət ideologiyasına xidmət etmək, Fars imperiyasının inersiyasını qorumaq üçün istismar edərək insanların davranış qaydalarına, geyim tərzinə, düşüncənə nəzarət etməyə başladılar. İran rejimi də millət, etnik kimlik anlayışlarını “ümmət”lə əvəz edərək yeni insan tipi yaratmağa çalışır. SSRİ-də 1985-86-cı illərdə “qlasnost”, “perestroyka” kimi anlayışlar yaranan kimi sistem çat verməyə başladı, sonra isə bütün əməllərlə imperiyanı qorumaq cəhdlərinə baxmayaraq (Alma-ata, Tiflis, Vilnyus, Bakı) sistem çokdü. Bu gün İranda əgər sitemə qarşı etirazlar rejimi geri addım atmağa (“Əxlaq polisinin” ləğvi xəbərləri, İran konstitusiyasına dəyişikliklərin təklifi) məcbur edirsə, bu da sonun başlanğıcı, sistemin çat verərək zəifləməsi deməkdir. SSRİ analogiyasına görə 1986-87-ci illərdir, 1990-91-ci illərə çox az qalıb...” – N.Cəfərli qeyd edib.

Tarix: 5 Dekabr 2022, 14:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin